Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Bilik günü qeyd edildi

15 sentyabr 2015 | 10:00

15 sentyabr 2015-ci il tarixində Binəqədi rayonunun ümumtəhsil məktəblərində “15 sentyabr – Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə bayram tədbirləri keçirildi.

Məktəbliləri təbrik etmək üçün əsaslı təmirdən sonra yeni istifadəyə verilən 283 saylı tam orta məktəbdə keçirilən bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov və İcra Hakimiyyəti başçısının müavinləri iştirak etdilər.

Tədbirdə çıxış edən  Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov məktəbliləri, valideyn və müəllimləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzuladı.

 

Keçidlər