Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyasına başlanılıb

09 oktyabr 2015 | 10:00

Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə iştirak edəcək namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının gənc fəallarından ibarət yaradılmış təbliğat-təşviqat komandası kampaniyaya başlandığı andan etibarən aidiyyəti dairə seçki komissiyalarının ərazilərinə səfərbər olunublar. Onlar yüksək fəallıq göstərərək YAP namizədlərinin plakatlarını məntəqə seçki komissiyalarının ərazisindəki təbliğat-təşviqat lövhələrində yapışdırıblar.
Binəqədi rayonunda 3 müstəqil - 8 saylı Binəqədi birinci, 9 saylı Binəqədi ikinci, 10 saylı Binəqədi üçüncü və 1 müştərək - 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairə seçki komissiyaları fəaliyyət göstərir. 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Əlizadə Aysel İsmayıl qızı, 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Qafarov Kamaləddin Nəsrəddin oğlu, 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Həsənova Samirə Yaşar qızıdır.

Keçidlər