Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən ağsaqqal və ziyalılarla görüş keçirildi

27 oktyabr 2015 | 11:00

2015-ci il 27 oktyabr tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup ağsaqqal və ziyalı, o cümlədən, mədəniyyət və incəsənət xadimləri ilə görüş keçirildi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq dövlət başçısı İlham Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə göstərdiyi böyük diqqət və qayğıdan, ölkəmizin sosial-iqtisadi inkişafından danışdı.  Son illər ölkədə daxili sabitliyin davamlılığının, milli maraqlara söykənən xarici siyasət fəaliyyəti nəticəsində ölkəmizin dünya birliyində layiqli yer tutmasının,  eləcə də, sosial-iqtisadi sahədə həyata keçirilmiş islahatlar nəticəsində əldə edilmiş nailiyyətlərin məhz Prezidentin məqsədyönlü siyasətinin təzahürü olduğunu qeyd edən natiq dövlət başçısına minnətdarlığını ifadə etdi. Xaləddin İsgəndərov ölkədə baş verən ictimai-siyasi hadisələrə də münasibət bildirərək son günlər cənab Prezident tərəfindən sahibkarlığın inkişafına maneələrin aradan qaldırılması yönündə məqsədyönlü qərarların qəbulunun ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında yeni mərhələ olacağından əminliyini dilə gətirdi.
Daha sonra görüşdə iştirak edən ağsaqqal və ziyalılar da öz çıxışlarında ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdən, ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələrindən söz açaraq mədəniyyət, elm, təhsil və digər sahələrin işçilərinə ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Binəqədi rayonunda həyata keçirilən işlərə görə İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərova təşəkkür və minnətdarlıqlarını bildirdilər.

Keçidlər