Şriftin ölçüsü :

Saytın rəngi :

"Birgə Yaradaq" layihəsi çərçivəsində "Sağlam Gələcək" adlı ilk tədbir keçirildi

02 dekabr 2015 | 11:00

2 dekabr tarixində Binəqədi rayon İcra Hakimiyyəti, “Vertebra” Onurğa Mərkəzi və Azərbaycan Respublikası Qadınlar Cəmiyyəti ilə birgə təşkilatçılığı ilə "Birgə Yaradaq" layihəsi çərçivəsində  "Sağlam Gələcək" adlı  ilk tədbiri keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, “Vertebra” Onurğa Mərkəzinin rəhbəri doktor İradə Hacıyeva, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN” Könüllüləri, rayon ərazisində yerləşən məktəb və məktəbəqədər müəssisələrin əməkdaşları iştirak etdilər.
Layihənin keçirilməsinin əsas məqsədi rayon ərazisində yerləşən məktəbəqədər və orta ümumtəhsil müəssisələrində gənclərə sağlam həyat tərzi vərdişlərinin aşılanması və onların sağlam gələcəyinin təminatı istiqamətində düzgün maarifləndirmə işinin təşkil edilməsidir. O cümlədən, məktəb yaşlı uşaqların onurğa problemləri xüsusilə cəmiyyətimizin ağrılı məsələlərindən biri olduğu üçün bu istiqamətdə maaarifləndirmə, təbliğat-təşviqat işlərinin aparılması vacib məsələlərdən biridir.
Tədbiri açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev "Birgə Yaradaq" layihəsi çərçivəsində keçirilən "Sağlam Gələcək" adlı tədbir haqqında geniş məlumat verdi.
Daha sonra mövzu ətrafında “Vertebra” Onurğa Mərkəzinin rəhbəri, doktor İradə Hacıyeva çıxış etdi. Doktor İ.Hacıyeva qeyd etdi ki, uşaqlarda rast gəlinən onurğa əyrilikləri, skoliozlar, kifozlar daha çox narahatlıq doğurur və dünyada məlum olan bütün mütərəqqi metodlardan, əldə edilmiş nailiyyətlərdən istifadə edilərək onurğa sütunu xəstəliklərinin kompleks müalicəsinin təmin edilməsi istimaqətində işlər aparılır.
Bu layihə çərçivəsində Binəqədi rayonu ərazisində bütün təhsil müəssisələrini əhatə etməklə maarifləndirmə işinin qurulması nəzərdə tutulub.
Tədbirin sonunda adutoriyanın sualları dinlənildi və cavablandırıldı.

Keçidlər