Şriftin ölçüsü :

Saytın rəngi :

“Özünü inkişaf etdir” layihəsinin təqdimatı keçirildi

27 yanvar 2016 | 11:00

27 yanvar tarixdə Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsinin qalibi, rayonun fəal gənci Qartal Budaqlının “Özünü inkişaf etdir” adlı fərdi layihəsinin təqdimatı keçirildi.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Anar Əliyev və fəal gənclər iştirak etdilər.
Layihənin rəhbəri Qartal Budaqlı tədbiri giriş sözü ilə açaraq layihə haqqında məlumat verdi.
Çıxış edən natiqlər Qartal Budaqlını qrant müsabiqəsinin qalibi olması münasibətilə təbrik etdilər, ona gələcək fəaliyyətində uğurlar dilədilər. Gənclər Fondunun fəaliyyəti, o cümlədən gənclərin fərdi layihələrinin maliyyələşdirilməsinin əhəmiyyətini vurğulandı. Bildirildi ki, müasir dövrdə gənclərin iş tapması üçün CV-nin yazılma qaydalarını bilmək, eləcə də müsahibə zamanı işəgötürənlə ünsiyyət qurmaq, xüsusi bilik və bacarıqların, müsbət şəxsi və peşəkar keyfiyyətlərin təqdim edilməsi metodları barədə məlumatlı olmaq çox zəruridir.
Sonra təlimçi Mahmud Mahmudov CV-nin yazılması, müsahibənin keçirilməsi qaydalarından bəhs edən təqdimatla çıxış etdi.
Təlim gənclərin sualları ətrafında diskussiya və praktiki təlimlə davam etdirildi.
Layihə çərçivəsində 50 nəfər iştirakçı sertifikatla təmin olunacaq.

Keçidlər