Şriftin ölçüsü :

Saytın rəngi :

“Valideyn himayəsindən mərhum olmuş uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda məlumat saatı keçirildi

04 fevral 2016 | 11:00

Fevralın 4-də Binəqədi rayon İcra Hakimiyyətində ənənəvi olaraq məlumat saatı keçirildi.
Məlumat saatında Aparatın şöbə müdirləri, əməkdaşları, rayon icra nümayəndələri, bələdiyyə nümayəndələri  və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak etdilər.
Məlumat saatında hazırda ölkənin sosial siyasətinin ən aktual məsələlərindən biri olan “Valideyn himayəsindən mərhum olmuş uşaqların cəmiyyətə inteqrasiyası” mövzusu müzakirə edildi. Mövzu ətrafında geniş məruzə ilə çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin tabeçiliyində fəaliyyət göstərən “İnsan alveri qurbanları üçün Sığınacağ”ın direktoru, “Azərbaycan uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə ölkə üçün layiqli vətəndaşların formalaşmasında valideyn himayəsindən mərhum olmuş uşaqların cəmiyyətə inteqrasiyası məsələsinin əhəmiyyətini vurğuladı. O bildirdi ki, mövcud vəziyyətdə həmin  uşaqların cəmiyyətlə əlaqələrinin bərpa olunması məqsədi ilə atılan addımlarda daha çox qarşıya çıxan çətinliklər uşaqların sənədlərinin olmamasıdır ki, bu da onların təhsilə cəlb olunmasında müəyyən problemlər yaradır. Sığınacaq rəhbəri bu məsələdə valideynlərin məsuliyyətsizliyini xüsusi qeyd etdi.
Məruzəçi mövzu ətrafında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunundan çıxışında geniş bəhs etmişdir.
Daha sonra məruzəçi Ulu Öndər Heydər Əliyevdən sitat gətirdi: “Heç bir uşaq dövlət himayəsindən kənarda qalmamalıdır və uşaq dövlətin himayəsinə götürüləndən sonra o, kimsəsiz deyil, o, bizim uşaqdır, dövlətin uşağıdır, Azərbaycanın uşağıdır”. Fond ulu öndər Heydər Əliyevin bu fikrini fəaliyyətində hər zaman rəhbər tutaraq valideyn himayəsindən məhrum olan uşaqların təlim-tərbiyəsini, onların təhsilini daim diqqətdə saxlayır. Fondun prezidenti Mehriban Əliyeva, vitse-prezidenti Leyla Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində olur, onların gündəlik qayğıları, təlim-tərbiyələri, təhsilləri, asudə vaxtlarının təşkili ilə maraqlanır və dəstək olurlar. Bütün görülən işlər və qayğı nəticəsində artıq Heydər Əliyev Fondu bu uşaqlar, yeniyetmələr üçün bir ailəyə çevrilib. Fondun prezidenti Mehriban Əliyeva uşaq evlərində məskunlaşan gənclərə əsl ana qayğısı göstərir və bu münasibət yalnız onlar uşaq evlərində məskunlaşdıqları müddətdə deyil, həmin müəssisələrdən ayrıldıqdan sonra da davam edir. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən gənclər üçün yaşayış binaları inşa edilib. Həmçinin bu gənclərin işlə təmin edilməsi məsələsi də diqqətdə saxlanılır deyə məruzəçi bildirmişdir.
Məruzəçi Heydər Əliyev Fondunun əməkdaşlarının müxtəlif bayram və əlamətdar günləri də uşaq evlərində məskunlaşan uşaqlar, gənclərlə birlikdə qeyd etmələri artıq bir ənənə olmasını vurğuladı.
Daha sonra məlumat saatı diskussiya şəkilində davam etdirildi.

Keçidlər