Şriftin ölçüsü :

Saytın rəngi :

Səlim Səlimovdan, Bakı şəhəri Binəqədi rayonu, 08 avqust 2020-ci il

Səlim Səlimovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident

Siz ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Prezident seçildiyiniz gündən bəri Azərbaycan daim inkişaf edir, beynəlxalq aləmdə özünəməxsus yer tutur. Apardığınız uğurlu daxili və xarici siyasət Azərbaycanın Avropa və dünya strukturlarına inteqrasiyası, dövlətimizin inkişafının təmin olunması məqsədini daşıyır.

Son zamanlar bütün dünyanı bürümüş COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin qətiyyətiniz ölkəmizi böyük ziyanlardan qorudu. Əminik ki, Sizin rəhbərliyinizlə bu bəladan da şərəflə və üzüağ çıxacağıq.

Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Sizin çıxışlarınız, açılışlarında şəxsən iştirak etdiyiniz səhiyyə ocaqları bunun bariz nümunələridir.
Hörmətli cənab Prezident, mən 15 iyul 2020-ci il tarixində çox ağır vəziyyətdə Neftçilər xəstəxanasında yerləşdirildim. Yerləşdirilməyimin ilk dəqiqələrindən həkimlər, tibb işçiləri əllərindən gələni əsirgəmədilər, məni ağır vəziyyətdən çıxartdılar.

Xəstəxanada çox yüksək səviyyədə nizam-intizam təşkil olunmuşdur. Həkimlər “Hippokrat” andına sadiq qalaraq peşəkarlıqla xəstələri müalicə edirdilər. Xəstəxana lazımi tibbi avadanlıqlar və dərman preparatları ilə təmin olunmuşdur.

Mən 14 gün ərzində müalicə olunaraq tam sağalıb ailəmə qovuşdum. Ona görə şəxsən özümün və ailə üzvlərimin adından Sizə və həkimlərə minnətdarlığımı bildirirəm.

Möhtərəm cənab Prezident, əminəm ki, Azərbaycan xalqı Sizin uzaqgörən siyasətiniz sayəsində koronovirus pandemiyasına qalib gələcək.

Hörmətlə,
Səlimov Səlim Əmirxan oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

 

Keçidlər