Aytən Məmmədovadan, Bakı şəhəri Binəqədi rayonu, 14 avqust 2020-ci il
Aytən Məmmədovadan, Bakı, AzərbaycanHörmətli cənab Prezident
Ölkəmizin inkişafı əhalinin rifahı, vətəndaşının firavanlığı naminə aparılan siyasətdə də özünü bariz şəkildə göstərir. Sizin uzaqgörən milli inkişaf strategiyanız, geniş miqyaslı islahatlar bu gün Azərbaycanı qüdrətli iqtisadiyyata və orduya, eyni zamanda güclü sosial siyasətə malik bir ölkəyə çevirmişdir.
Bu uğurlu siyasət mənim ailəmin də aid olduğu həssas qrupların yaşayış şəraitini ildən-ilə gücləndirir. Ailəmə və mənə dövlət tərəfindən göstərilən qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Allah yar və yardımçınız olsun.
Hörmətlə,
Məmmədova Aytən Məmməd qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.