Şriftin ölçüsü :

Saytın rəngi :

Əsgər Mirzəyevdən, Bakı şəhəri Binəqədi rayonu, 25 avqust 2020-ci il

Əsgər Mirzəyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident

Biz Sizin xarici və daxili siyasətinizi ailəliklə dəstəkləyirik. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan Ordusu düşmənə layiqli cavablar verir, sərhədlərimiz etibarlı qorunur, əhalinin sosial rifah halı yüksəlir, Azərbaycanı dünya ictimaiyyəti tanıyır və ölkəmizə hörmətlə yanaşılır. Müşahidə olunan ürəkaçan mənzərə ölkəmizin gələcəyinin daha parlaq olacağından xəbər verir. Biz bununla öyünür, fəxr edirik.

Əziz Prezidentimiz, Sizə işlərinizdə yeni müvəffəqiyyətlər, uzun ömür, cansağlığı arzulayıram. Allah yolunuzu hər zaman açıq etsin.

Hörmətlə,
Mirzəyev Əsgər Həşim oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər