Şriftin ölçüsü :

Saytın rəngi :

Mənsur Məmmədovdan, Bakı şəhəri Binəqədi rayonu, 01 sentyabr 2020-ci il

Mənsur Məmmədovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident

Sizin həyata keçirdiyiniz siyasəti bizim ailə tam dəstəkləyir. Ölkəmizin sosial-iqtisadi inkişafı, nüfuzunun artırılması, əhalinin güzəranının yaxşılaşdırılması üçün gördüyünüz işlərə görə Sizə həm öz adımdan, həm də ailəmin adından təşəkkürümü çatdırıram.

Bu gün biz görürük ki, Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr də vardır. Azərbaycana qarşı antidövlət, antixalq siyasəti yürüdən qruplaşmalara qarşı mübarizədə Sizin yanınızdayıq, cənab Prezident. Xalqımızın Sizə olan inamı və güvəni sonsuzdur.

Hörmətlə,

Məmmədov Mənsur Məhəmməd oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər