Şriftin ölçüsü :

Saytın rəngi :

Aytac Muradovadan, Bakı şəhəri Binəqədi rayonu, 25 sentyabr 2020-ci il

Aytac Muradovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident
 
İyul ayında cəbhə xəttində mənfur düşmənlərin həyata keçirdiyi təxribatlar bütün Azərbaycan xalqını hiddətləndirdi. Düşmənə verdiyimiz layiqli cavab eyni şəkildə bütün xalqımızı qürurlandırdı. Ordumuzun, əsgərlərimizin gücünə əminik. Həmin ordu ki, Aprel döyüşlərində düşmənə yerini göstərdi, bütün xalqımızı sevindirdi. Bu ordunun arxasında daha böyük bir ordu - Azərbaycan xalqı dayanır.
 
Biz birlikdə bütün Qarabağımızı işğaldan xilas edib həmin torpaqlarda bayrağımızı yüksəldib, himnimizi səsləndirəcəyik. Hər birimiz əsgərik.
 
Hörmətlə,
Muradova Aytac Vəliqulu qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu. 
Keçidlər