Şəbinə Mayılovadan, Bakı şəhəri Binəqədi rayonu, 26 sentyabr 2020-ci il
Şəbinə Mayılovadan, Bakı, AzərbaycanHörmətli Prezidentimiz
Azərbaycanın Ermənistanla sərhədində təcavüzkar erməni birləşmələri tərəfindən iyul ayında törədilən təxribata qəhrəman ordumuzun layiqli cavab verməsi insanlarımızda böyük ruh yüksəkliyi yaratdı. Tam gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq. Əminik ki, Sizin rəhbərliyinizlə ya sülh, ya da hərb yolu ilə üçrəngli bayrağımızı Qarabağda dalğalandıracağıq. Bunun üçün bizim ən müasir silahlarla təchiz olunmuş güclü ordumuz və Sizin kimi müdrik Liderimiz var. İnanırıq ki, Sizin qətiyyətli addımlarınız, müdrik siyasətiniz alçaq düşmənlərimizi daim sarsıdacaqdır.
Hörmətlə,
Şəbinə Mayılova
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.