Şriftin ölçüsü :

Saytın rəngi :

Vüsalə Fətullayevadan, Bakı şəhəri Binəqədi rayonu, 27 sentyabr 2020-ci il

Vüsalə Fətullayevadan, Bakı, Azərbaycan

Hörmətli Prezidentimiz
 
Ordumuzun günbəgün öz qüdrətini artırması məhz Sizin uğurlu siyasətinizin bariz nümunəsidir. Biz bunu bir daha Tovuz rayonu istiqamətində baş verən düşmən təxribatlarının qarşısının peşəkarlıqla alınmasında gördük. Baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan bu gün regionda, eləcə də dünyada güclü və söz sahibi olan dövlətdir. Sizin Ali Baş Komandan kimi fəaliyyətiniz, ordumuzun bugünkü potensial gücü, əsgər və zabitlərimizin döyüş qabiliyyəti və vətənpərvər ruhu, dövlətimizdə xalq-iqtidar birliyi, xüsusən də Sizə inam və sevgi bizi qürurlandırır. Azərbaycan xalqı, Azərbaycan gəncləri düşmənə qarşı Sizin ətrafınızda yumruq kimi birləşmişdir. Biz Sizin rəhbərliyinizlə torpaqlarımızı mənfur düşməndən azad edəcək, bu mübarizədə qalib gələcəyik.
 
Hörmətlə,
Fətullayeva Vüsalə Asif qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər