Fəsli Nəbiyevdən, Bakı şəhəri Binəqədi rayonu, 27 sentyabr 2020-ci il
Fəsli Nəbiyevdən, Bakı, AzərbaycanMöhtərəm Prezident, cənab Ali Baş Komandan
İyul ayında cəbhədə baş verən gərgin vəziyyətdən alnıaçıq çıxan ordumuz hər bir gənc kimi məni də qürurlandırdı. O cümlədən biz gənclərdə qələbə əhvalını yüksəltdi. Azərbaycan gəncliyi bu müqəddəs çağırışa hazırdır və bütün gücü ilə ordumuza dəstək verməyə, Vətənə borcunu yerinə yetirməyə qadirdir. Düşmənin təxribatına tutarlı cavab verərkən Azərbaycan əsgəri bir amal uğrunda döyüşə atıldı, düşmənin ordusunu məhv etdi. Eyni zamanda, biz gənclər virtual aləmin imkanlarından da istifadə edərək, sosial şəbəkələrdə, informasiya müharibəsi gedən bütün platformalarda fəaliyyət istiqamətlərimizi genişləndiririk. Qarabağa dair bütün tarixi, sənədli faktları dünya ictimaiyyətinin nəzərinə bir daha çatdıraraq yalançı erməni təxəyyülünün məhsulu olan uydurma xəbərlərə qarşı mübarizə aparırıq. Əminəm ki, bu haqq işdə uğur bizimlədir və tezliklə xalqımız qələbə sevincini qeyd edəcək. Bu inam isə xalqın Sizə olan etibarından, eləcə də Sizin daxili və xarici siyasətinizin uzaqgörənliyindən, qətiyyətindən doğur, şanli, qüdrətli Azərbaycan Ordusunun zəfər əzmindən irəli gəlir.
Hörmətli Prezident, cənab Ali Baş Komandan, biz hər an Sizin əmrinizi gözləyirik və bu amalla yaşayırıq. Biz bilirik ki, ermənilərin xain və fitnəkar əməllərinə layiqincə cavab verəcəyik.
Hörmətlə,
Nəbiyev Fəsli Nəbi oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.