Şriftin ölçüsü :

Saytın rəngi :

İsa Bayramovdan, Bakı şəhəri Binəqədi rayonu, 27 sentyabr 2020-ci il

İsa Bayramovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident
 
İyul ayında baş verən hadisələr bir Azərbaycan gənci kimi məni də dərindən hiddətləndirdi. Ordumuzun rəşadəti, hərbi texnikalarımızın gücü-qüvvəti şübhəsiz ki bizləri fərəhləndirir. İnanıram ki rəşadətli ordumuz Sizin bir əmrinizlə Dağlıq Qarabağ başda olmaqla, bütün işğal altında olan Azərbaycan torpaqlarını azad edəcək gücə qadirdir. Mən də bir Azərbaycan gənci olaraq, bu zamanda ordumuza əlimdən gələn köməyi etməyə hazıram.
 
Hörmətlə,
Bayramov İsa Eyvaz oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər