Şriftin ölçüsü :

Saytın rəngi :

Vəli Məmmədəliyev və başqalarından, Bakı şəhəri Binəqədi rayonu, 27 sentyabr 2020-ci il

Hörmətli cənab Prezident
 
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Sizə, xalqımıza və rəşadətli Azərbaycan Ordusuna uğurlar arzu edirik. İnşallah, bütün torpaqlarımızı geri qaytararıq və müqəddəs üçrəngli bayrağımızı azad olunmuş yerlərdə ən uca zirvələrə sancarıq.
 
Hazırda hamımız qələbə arzusu ilə yaşayırıq. Ürəklərimiz ordumuzla və əsgərlərimizlə döyünür.
 
Allah Sizi və əsgərlərimizi qorusun.
 
Hörmətlə,
 
Məmmədəliyev Vəli İbrahim oğlu
Məmmədəliyeva Gülnarə Vəli qızı
Bayramova Şəmsiyyə Bayram qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər