Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhrəman Qəhrəmanovdan, Bakı şəhəri Binəqədi rayonu, 28 sentyabr 2020-ci il

Hörmətli cənab Prezident
 
Cəbhə bölgəsində baş verən hadisələr hamı kimi, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin Binəqədi rayon filialının üzvlərini də çox qürurlandırır. Biz Qarabağ əlilləri və veteranları hər dəqiqə Sizin yanınızdayıq və Sizin əmrlərinizə hazırıq. Əmriniz olarsa, bizim birliyin üzvləri də istər ön cəhbədə, istərsə də arxa cəhbədə var qüvvələrini sərf edəcəkdir.
 
Cənab Ali Baş Komandan, Sizi bir daha əmin edirik ki, təcrübəli döyüşçülər kimi, bütün tapşırıqların öhdəsindən bacarıqla gəlməyə çalışacağıq. Tanrı bu haqq yolunda xalqımıza kömək olsun.
 
Hörmətlə,
Qəhrəman Qəhrəmanov
“Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Binəqədi rayon filialının sədri
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər