Şərqiyyə Salmanovadan, Bakı şəhəri Binəqədi rayonu, 29 sentyabr 2020-ci il
Cənab Prezident
Sizi və bütün Azərbaycan xalqını, azərbaycansevərləri təbrik edirəm. Ordumuzun şücaəti, Sizin uğurlu rəhbərliyiniz bizi uğura aparır. İşğal altındakı bütün torpaqlarımızın tezliklə azad olunması xəbərini verməyinizi Uca Allahdan arzu edirəm. Mən bir Azərbaycan övladı olaraq daim Sizi dəstəkləyir, uğurlarınızın, uğurlarımızın davamlı olmasını arzu edirəm. Gözün aydın, Azərbaycan! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Salmanova Şərqiyyə Ədalət qızı, tələbə.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.