İsmayıl Gülverdiyev və başqalarından, Bakı şəhəri Binəqədi rayonu, 29 sentyabr 2020-ci il
Hörmətli cənab Prezident
Əminik ki, Sizin rəhbərliyinizlə Qarabağımız qısa müddət ərzində işğaldan azad olunacaq. Ya Qarabağ, ya ölüm! Bizim başqa yolumuz yoxdur”
Artıq illərlə gözlədiyimiz gün gəlib çatıb. Biz Sizə inanırıq. Sizin uğurlu daxili və xarici siyasətiniz güclü Azərbaycan Ordusunu formalaşdırdı. Həmin siyasət və güclü ordu ilə yaxın gələcəkdə torpaqlarımızı azad edəcəyik. Bu günü bizə yaşatdığınıza görə Sizə təşəkkür edir, Sizinlə fəxr edirik.
Yaşasın, Azərbaycan Ordusu! Var olsun, cənab Ali Baş Komandan!
Hörmətlə,
Gülverdiyev İsmayıl Gülbala oğlu
Hüseynov Elşən Elmixan oğlu
Adıgözəlov İsmayıl Gülbaba oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.