Nigar Zeynalovadan, Bakı şəhəri Binəqədi rayonu, 29 sentyabr 2020-ci il
Hörmətli Prezident, cənab Ali Baş Komandan
İlk növbədə, bizlərə sevinc dolu günlər yaşatdığınız üçün çoxsaylı təhsil işçiləri, bütün Azərbaycan xalqı adından Sizə dərin təşəkkürümü bildirirəm.
Rəşadətli Ordumuzun hazırki zəfər yürüşü Sizin müdrik siyasətinizin, gərgin əməyinizin məntiqi nəticəsidir. Sizin adınız Azərbaycanın görkəmli sərkərdələri sırasına qızıl hərflərlə yazılacaq.
Hər zaman olduğu kimi, indi də Sizə güvənir, Sizinlə qürur duyuruq. Bu çətin günlərdə ordumuza əlimizdən gələn köməyi etmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bu gün Azərbaycan Sizin sayənizdə güclü, müasir silah-sursatla təchiz olunmuş orduya malikdir.
İnşallah, azad edilən ərazilərdə böyük quruculuq işlərinə başlanacaqdır. Biz həmin işlərin də öhdəsindən birlikdə gələcək, Qarabağı çiçəkləndirəcəyik.
Hörmətlə,
Zeynalova Nigar, dosent, pedaqogika üzrə fəlsəfə doktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.