Şriftin ölçüsü :

Saytın rəngi :

Şəfiqə Hüseynovadan, Bakı şəhəri Binəqədi rayonu, 30 sentyabr 2020-ci il

Hörmətli cənab Prezident
 
Zəngilan sakinləri olaraq, bizə bu sevincli günləri yaşatdığınız üçün Sizə çox minnətdarlığımızı bildiririk.
 
Mənim anam yataqxanada yaşayaraq rəhmətə getdi, Zəngilana qayıdışı görə bilmədi. 84 yaşli atam isə həsrətlə Zəngilana qayıdıb əzizlərinin qəbirlərini ziyarət edəcəyi günü gözləyir. Əgər erməni vandalları məzarlığı dağıtmayıblarsa...
 
Bu yaşına qədər heç vaxt açıq rəng paltar geyinməyən atam deyir ki, mən qırmızı köynək geyib Zəngilana gedəcəm. İnşallah, Sizin sayənizdə, möhtərəm Prezidentim. Siz ulu öndər Heydər Əliyevin ruhunu şad edirsiniz, onun arzuları mütləq həyata keçməlidi. Çünki, müasir Azərbaycan Heydər Əliyevin əsəridir. Onun sayəsində parçalanmayaraq, başını dik, bayrağını uca tutdu. Bayrağımız, İnşaallah Şuşada, Xankəndində məğrur-məğrur dalğalanacaq. Allah yardımçınız olsun. Allah Sizi və Ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin.
 
İnanırıq ki, Sizin sayənizdə Mübarizlərimizin, Fəridlərimizin, Poladlarımızın qanı yerdə qalmayacaqdır.
 
Yaşasın Azərbaycan!
 
Hörmətlə,
Hüseynova Şəfiqə Qanvoy qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər