Tofiq Mövsümovdan, Bakı şəhəri Binəqədi rayonu, 30 sentyabr 2020-ci il
Hörmətli cənab Prezident
Biz inanırıq ki, yaxın vaxtlarda işğal altındakı bütün rayonlarımız Sizin rəhbərliyiniz və qətiyyətinizlə azad ediləcək. Mən çox istəyərəm ki, şəhid qardaşlarımızın qanı yerdə qalmasın. Bütün xalqımız ordumuzdan yeni qələbələr gözləyir. Mən də silaha sarılıb düşmənlə vuruşmağa hazıram. Döyüş ruhumuz o dərəcədə yüksəlib ki, hamımız yalın əllə düşmən üzərinə atılmağa hazırıq. Qoy şəhidlərimizin qanı yerdə qalmasın.
Cənab Ali Baş Komandan, mən Sizinlə fəxr edirəm. Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda vuruşmaq üçün Sizin əmrinizi səbirsizliklə gözləyirəm. Biz həmişə Sizin yanınızdayıq.
Hörmətlə,
Mövsümov Tofiq Mövsüm oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.