Ramin Həsənov və Məmməd Kazımovdan, Bakı şəhəri Binəqədi rayonu, 30 sentyabr 2020-ci il
Hörmətli cənab Ali Baş Komandan
Vətənimiz uğrunda gedən müharibədə bir əsgər olaraq yanınızdayıq, əmrinizi gözləyirik. Torpaqlarımızı erməni faşistlərindən azad etmək üçün var qüvvəmizlə, canımızla, qanımızla döyüşməyə hazırıq. Təki, illərdir çəkdiyimiz Qarabağ həsrətinə son qoyulsun. Bu yolda özümüzü fəda etmək bizim üçün şərəfdir.
Cənab Prezident, torpaqlarımızın azad olunması yolunda göstərdiyiniz şücaətə və atdığınız qətiyyətli addımlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Uğurlarınızın davamı gəlsin.
Hörmətlə,
Həsənov Ramin Aydın oğlu
Kazımov Məmməd Salman oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi.