Hökumə Ramazanovadan, Bakı şəhəri Binəqədi rayonu, 01 oktyabr 2020-ci il
Hörmətli cənab Prezident
Göstərdiyiniz qətiyyətə, xalq üçün etdiyiniz hər şeyə görə Sizə dərin minnətdarlığımı və sevgimi bildirirəm.
Rəhbərlik etdiyiniz bir ölkədə yaşamağımdan qürur duyuram. Hamımız yaxşı bilirik ki, indi Sizin üçün qayğılı vaxtdır, amma böyükdən-kiçiyə bütün insanların Sizinlə olduğunu bilmənizi istəyirik.
Torpaqlarımızı qaytarmağı 30 il gözlədik və indi şərəfli bir yoldayıq. Xalq mübarizənizdə sonadək Sizinlədir. İnşallah qələbəmizi sona çatdıracağıq. Bütün dualarımız Sizinlə və əsgərlərimizlədir.
Hörmətlə,
Hökumə Ramazanova
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.