Şriftin ölçüsü :

Saytın rəngi :

Tural Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 02 oktyabr 2020-ci il

 
Möhtərəm cənab Prezident
 
Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız mübarizəyə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizin komandanlığınızla gedən döyüşlərdə Azərbaycanın Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri düşməndən azad edilibdir. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülübdür.
 
Əminliklə deyə bilərəm ki, apardığımız müharibə haqq, ədalət müharibəsidir. Tezliklə də torpaqlarımız erməni işğalçılarından azad ediləcəkdir.
Cənab Prezident, mən də bir vətəndaş kimi doğma Azərbaycanımın ərazi bütövlüyü uğrunda Vətənimin keşiyində durmağa, bu yolda hər an canımdan keçməyə hazıram.
 
Cənab Ali Baş Komandan, hər zaman Sizinləyik. Sizə və Ordumuza bu şərəfli yolda qələbə və uğurlar arzulayıram. Xalqımız Sizə və Ordumuza güvənir.
 
Yaşasın Azərbaycan Ordusu, yaşasın şanlı Azərbaycan! Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
Tural Əliyev
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər