Leyla Əliyevadan, Bakı şəhəri Binəqədi rayonu, 02 oktyabr 2020-ci il
Hörmətli cənab Prezident
Erməni faşistlərinə layiqli cavab verərək bizə yaşatdığınız möhtəşəm hisslərə görə Sizə təşəkkür edirəm. Siz Qələbə sevincini Azərbaycan xalqına yaşatdınız. Artıq susma vaxtı deyil, döyüş zamanı yetişib.
Cənab Ali Baş Komandan, bir azərbaycanlı kimi bütün qərarlarınızı dəstəkləyir, son damla qanımıza qədər vuruşmağa hazır olduğumu bildirirəm. Azərbaycan xalqı Sizinlədir. Qələbə bizim olacaq. Qarabağ Azərbaycandır!
Hörmətlə,
Leyla Əliyeva
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.