Şriftin ölçüsü :

Saytın rəngi :

Telman Fərəcovdan, Bakı şəhəri Binəqədi rayonu, 03 oktyabr 2020-ci il

 
Hörmətli cənab Ali Baş Komandan
 
27 ildir işğal altında olan bəzi torpaqlarımızın geri alınması münasibətilə Sizi ürəkdən təbrik edirəm.
 
Qarabağımızın qaytarılması naminə Ali Baş Komandan kimi verdiyiniz əmrləri dəstəkləyirik və torpaqlarımızın azad olunmasına səmimi qəlbdən inanırıq.
 
Hörmətli Ali Baş Komandan, qələbəyə gedən yolda hər zaman Sizin yanınızdayıq. İnanırıq ki, torpaqlarımızın geri qaytarılması həsrətinə yalnız Siz və rəşadətli Ordumuz son qoyacaq. Xalqa bəxş etdiyiniz sevimli anlara görə Sizə böyük təşəkkürümüzü bildiririk.
 
Uca Tanrı Sizə bu müqəddəs işdə yar olsun.
 
Hörmətlə,
Fərəcov Telman Fərəc oğlu
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər