Şriftin ölçüsü :

Saytın rəngi :

Ənvər Rzayev və İbrahim Məmmədovdan, Bakı şəhəri Binəqədi rayonu, 03 oktyabr 2020-ci il

 
Hörmətli cənab Prezident,
 
Laçın rayonunun çoxsaylı sakinləri və ağsaqqalları, Ordumuzun məlum düşmən təxribatının qarşısını şücaətlə alaraq, əks-hücuma keçməsi və torpaqlarımızın işğaldan azad olunması barədə şanlı ordumuza verdiyiniz əmri ürəkdən bəyənir və bildiririk ki, mənfur düşmənlərə qarşı mübarizədə bizim hər birimiz əsgəriniz olaraq döyüşə qatılmağa hazırıq.
 
Cənab Ali Baş Komandan, 28 ildir düşmən tapdağında olan Qarabağımızın Sizin dönməz, mətin iradəniz, uzaqgörən siyasətiniz və ali rəhbərliyinizlə azad olunmasında Şanlı Ordumuza uğurlar arzulayırıq.
 
Hörmətlə,
Ənvər Rzayev
İbrahim Məmmədov
Laçın rayonundan məcburi köçkünlər
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər