Şriftin ölçüsü :

Saytın rəngi :

Nağıyev Ramiz Tağı oğlu – təqaüddə olan polis general-mayoru

Ramiz Tağı oğlu Nağıyev 20 may 1951-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1969-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu, 1980-cı ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsini bitirib.
1975-ci ildən Daxili İşlər Orqanlarında xidmət etmişdir. Sahə müvəkkili, cinayət-axtarış xətti üzrə əməliyyat müvəkkili, yerlərdə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində müstəntiq, Nazirliyin Daxili Təhqiqatlar İdarəsində inspektor, mühüm tapşırıqlar üzrə baş inspektor, Nazirliyin 7-ci İdarəsinin rəisi, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 2005-2011-ci illərdə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəisi vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2007-ci il tarixli Sərəncamı ilə "Polis general-mayoru" ali xüsusi rütbəsi verilmişdir. Hüquq elmləri namizədidir. 2011-ci ilin may ayında Daxili İşlər Orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdir.

Keçidlər