Şriftin ölçüsü :

Saytın rəngi :

Aydan Verdiyevadan, Bakı şəhəri Binəqədi rayonu, 04 oktyabr 2020-ci il

Əziz Prezidentim
 
Mən 8-ci sinif şagirdiyəm. Günlərdir baş verənləri izləyirəm.
 
Verdiyiniz qərarla hər şeyin dəyişəcəyinə inanıram. İnanıram ki, işğal olunmuş torpaqlarımzı tezliklə azad edəcəyik. Şuşaya, Cəbrayıla gedəcəyik. Ordumuz, əsgərlərimiz Vətən uğrunda vuruşurlar, onlar qorxmurlar, onlar mərd, igiddirlər.
 
Qazandığımız qələbələr məni çox ruhlandırır. Beləliklə, dərslərimi daha yaxşı oxuyuram. Böyüyəndə müəllim olub, Vətənimin adını ucaltmaq mənim ən böyük arzumdur.
 
Hər şeyə görə minnətdaram, yaxşı ki, varsınız.
 
Hörmətlə,
Verdiyeva Aydan Aydın qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər