Şriftin ölçüsü :

Saytın rəngi :

Xəyalə Hacıyevadan, Bakı şəhəri Binəqədi rayonu, 05 oktyabr 2020-ci il

 
Möhtərəm cənab Prezident
 
Ölkəmizdə güclü dövlətçiliyin, güclü iqtisadiyyatın və işğal olunmuş torpaqlarımızı düşməndən tamamilə azad etmək iqtidarında olan güclü ordumuzun yaradılması sahəsində göstərdiyiniz misilsiz və əvəzsiz xidmətlərinizə görə Sizə səmimi qəlbdən təşəkkür edirik.
 
Siz həmişə bildirirsiniz ki, gücü xalqdan alırsınız. Bu həqiqətən belədir. Ölkəmizdə xalq və dövlət, xalq və onun Prezidenti arasında olan möhkəm birlik və həmrəylik ictimai həyatımızın bütün sferalarında - iqtisadi, siyasi, hərbi, informasiya, diplomatiya və digər sahələrdə indiki və gələcək uğurlarımızın möhkəm təməlidir.
 
Biz Sizə inanırıq və güvənirik. Çox yaxın zamanda xalqımıza qələbə xəbərini verəcəyinizdən də əminik.
 
Hörmətlə,
 
Hacıyeva Xəyalə Nizami qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər