Şriftin ölçüsü :

Saytın rəngi :

Rahilə Seyidovadan, Bakı şəhəri Binəqədi rayonu, 05 oktyabr 2020-ci il

 
Hörmətli cənab Prezident
 
Biz analar Sizin daim xalqa dayaq durmağınızla, qətiyyətli çıxışlarınızla və ordumuzun uğurları ilə qürur hissi yaşadığımızı bildirərək, Sizə təşəkkür etmək istəyirik.
 
Azərbaycanın ərazi bütövlüyü uğrunda biz analar da, ehtiyac olarsa, arxa cəbhələrdə əlimizdən gələn şücaəti göstərməyə, mübarizə aparmağa, ərlərimizin, oğullarımızın arxasınca cəbhəyə getməyə hazırıq. Torpağımızı, Bayrağımızı, Vətənimizi qorumağa hazırıq. Sərhədimizin ən ucqarındakı bir çınqıl daş da Vətəndir.
 
Allah Azərbaycan xalqına Qələbə sevincini yaşamağı nəsib etsin.
 
Hörmətlə,
 
Seyidova Rahilə Mir-İbrahim qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər