Şriftin ölçüsü :

Saytın rəngi :

Mehriban Abdullayevadan, Bakı şəhəri Binəqədi rayonu, 07 oktyabr 2020-ci il

 
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
 
Son günlər rəhbərliyiniz altında Ordumzun cəbhə xəttində qazandığı uğurlar hər birimizi çox sevindirir, qürurlandırır. Hər gün işğaldan azad edilmiş yeni bir məntəqəyə Azərbaycan bayrağının sancılması qəlbimizi fərəhləndirir.
 
30 ilə yaxındır ki, işğal altında olan ərazilərimizin yağı düşməndən təmizlənməsi məhz Sizin və mətin, müzəffər Ordumuzun adı ilə bağlıdır. Bu yolda Sizə möhkəm iradə, Ordumuza güc-qüvvət arzulayırıq.
 
İnanırıq ki, tezliklə üçrəngli Azərbaycan bayrağı Şuşada, Xankəndidə dalğalanacaq.
 
Qarabağ bizimdir!
 
Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Abdullayeva Mehriban Əndəlif qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər