İlahə Novruzovadan, Bakı şəhəri Binəqədi rayonu, 08 oktyabr 2020-ci il
Möhtərəm Prezident, cənab Ali Baş Komandan
Füzuli rayonu 45 nömrəli tam orta məktəbin kollektivi olaraq ölkəmizin bütövlüyü uğrunda atdığınız mərd addımları ürəkdən dəstəkləyir, Sizə və Ordumuza bu çətin anlarda daim uğurlar arzu edirik.
Biz əminik ki, bizim Vətən həsrətimiz məhz Sizin və güclü Ordumuzun sayəsində tezliklə bitəcək. Sizin uğurlu siyasətiniz nəticəsində biz doğma torpaqlarımıza qovuşacağıq.
Cənab Prezident, bizə yaşatdığınız bu qürur və qələbə hisslərinə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi, ailənizi və bütöv Azərbaycan Respublikasını qorusun.
Biz fəxr edirik ki, Sizin kimi savadlı, qeyrətli, vətənpərvər, xalqını və millətini sevən Prezidentimiz var. Var olsun Azərbaycan, var olsun cənab İlham Əliyev!
Hörmətlə,
İlahə Novruzova
Füzuli rayonundan məcbur köçkün
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu