Sərxan Tağıyevdən, Bakı şəhəri Binəqədi rayonu, 08 oktyabr 2020-ci il
Hörmətli cənab Ali Baş Komandan
Sizə bir şuşalı olaraq yazıram. İşğal olunmuş torpaqlarımızın bir hissəsinin azad olunması xəbəri ilə bizlərə bəxş etdiyiniz sevinc və xoşbəxtlik anlarına görə dərin təşəkkürümüzü bildiririk. Bu haqq yolunda Sizə və ordumuza daha böyük uğurlar əldə etməyi arzulayırıq.
O gün olsun ki, düşmən tapdağı altında olan bütün torpaqlarımız alınsın və biz tezliklə Şuşaya qayıdaq. İnşallah, Qələbə bizimlədir.
Sizin söylədiyiniz kimi, Qarabağ Azərbaycandır!
Hörmətlə,
Sərxan Tağıyev
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu