Nərminə Əliyevadan, Bakı şəhəri Binəqədi rayonu, 09 oktyabr 2020-ci il
Çox hörmətli cənab Prezident
Sizin yürütdüyünüz uğurlu siyasət nəticəsində nəhayət ki, Ordumuz torpaqlarımızın bir qismini geri qaytarıb. İnşallah, yaxın zamanlarda bütün torpaqlarımızı geri qaytararıq və bütöv Azərbaycan olarıq. Bu münasibətlə mən Sizi və Azərbaycan xalqını təbrik edirəm. Uğurlarımız davamlı olsun. Yaxşı ki, Siz varsınız və yaxşı ki, Siz Azərbaycanın Prezidentisiniz. Sizinlə fəxr edirik. Azərbaycan xalqı Sizinlədir.
Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycanındır!
Hörmətlə,
Nərminə Əliyeva
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu