Aygün Abdullayeva və Könül Şirinovadan, Bakı şəhəri Binəqədi rayonu, 09 oktyabr 2020-ci il
Hörmətli cənab Prezidentimiz
Biz Sizinlə fəxr edirik! Fəxr edirik ki, Azərbaycanın haqq səsini dünyaya çatdırırsınız. Fəxr edirik ki, Azərbaycanı qüdrətləndirirsiniz.
Fəxr edirik ki, işğalda olan doğma yurdumuzu - Qarabağı azad edirsiniz!
Fəxr edirik ki, xalqa verdiyiniz vədləri yerinə yetirirsiniz. Əminik ki, tezliklə Qələbə xəbərini xalqımıza çatdıracaq, daha sonra böyük quruculuq işlərinə rəhbərlik edəcəksiniz.
Hörmətlə,
Abdullayeva Aygün Müslüm qızı,
Şirinova Könül Ayazxan qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu