Əli Hüseynovdan, Bakı şəhəri Binəqədi rayonu, 10 oktyabr 2020-ci il
Hörmətli cənab Prezident
Son günlər cəbhədə qazanılan uğurlarımız şübhəsiz ki, Sizin uzaqgörən siyasətinizdən irəli gəlir. Bir şəhid atası kimi demək istəyirəm ki, nəinki mənim oğlumun, bütün Azərbaycan şəhidlərinin ruhu şad oldu – onların qanı yerdə qalmır!
27 ildən sonra, 85 yaşımda mənə nəsib olacaq ki, doğma Ağdamıma qayıdım. Mən inanırdım ki, Ulu Öndərimizin Sizə tövsiyə etdiyi siyasət bir gün qalibiyyətini çalacaq və o gün bu gündür! Siz düşmənə Azərbaycanın necə güclü dövlət olduğunu dünya qarşısında sübut edirsiz, “Qarabağ Azərbaycandır!” deyirsiniz. Mən inanıram ki, tezliklə üçrəngli bayrağımız Ağdamda, Şuşa və Laçında, Qarabağın bütün bölgələrində dalğalanacaq!
Biz ağdamlılar daim Sizin yanınızdayıq, siyasətinizə güvənirik. Ulu Öndərimizin ruhu şaddır. Allahdan ona rəhmət diləyir, Sizə isə möhkəm cansağlığı və daim ölkəmizin rəhbəri olmağınızı arzulayıram.
Allah Sizi qorusun! Yaşasın Azərbaycan!
Hörmətlə,
Əli Hüseynov
Şəhid atası, Ağdam rayonundan məcburi köçkün
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu