Şriftin ölçüsü :

Saytın rəngi :

Nərminaz Nəcəfovadan, Bakı şəhəri Binəqədi rayonu, 10 oktyabr 2020-ci il

 
Azərbaycan xalqının əvəzedilməz möhtərəm Prezidenti, cənab Ali Baş Komandan
 
Siz artıq biz ağdamlıların 27 illik həsrətinə son qoyursunuz. Ağdam camaatı, bütün qarabağlılar Sizin arxanızdadır, bütün xalq bu haqq savaşında Sizinlə həmrəydir. Bu gün hər bir azərbaycanlının qəlbi Qarabağla döyünür.
 
Cənab Prezident, mənim iki övladım hazırda döyüş bölgəsində igid əsgərlərimizlə çiyin-çiyinə torpaqlarımızın azadlığı uğrunda mübarizə aparır. Mən bir ana kimi bununla qürur duyuram.
 
Allahdan bircə arzum var. Ağdamımız, Qarabağımız yağı düşməndən tezliklə azad edilsin. Sizin Ağdama ilk gəlişinizdə 27 ədəd qurban nəzir etmişəm ki, Sizin ayaqlarınız altında kəsilsin. Çünki 27 ildən sonra bizə həyat bəxş edən Sizsiniz, əziz xilaskarımız.
 
Biz Sizinləyik! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Nərminaz Nəcəfova
 
Ağdam rayon 36 saylı məktəbin direktoru
 
Azərbaycan Respublikası, Binəqədi rayonu, Mehdiabad qəsəbəsi
Keçidlər