Şriftin ölçüsü :

Saytın rəngi :

Ayişə Səftərovadan, Bakı şəhəri Binəqədi rayonu, 11 oktyabr 2020-ci il

 
Cənab Ali Baş Komandan
 
Mən Allaha dua edərək, Sizə və ordumuza inanaraq bu şüarı səsləndirmək istəyirəm: Bayrağımız Qarabağda ucalacaq, himnimiz Şuşamızda oxunacaq. Biz buna analarımızın vətənpərvər ruhda böyütdüyü oğulların, Vətənin keşiyində hər zaman ayır-sayıq duran güclü ordumuzun, ən əsası onlara bu qədər dəstək göstərən, Ulu Öndərimizin bizə yadigar qoyub getdiyi Azərbaycan xalqının sayəsində nail olacağıq.
 
“El bir olsa, dağ oynadar yerindən” – deyiblər. Xalqımızın bugünkü birliyi bunu göstərir.
 
Azərbaycan xalqının bir nümayəndəsi olaraq mən də Sizə öz təşəkkürümü bildirmək istəyirəm. Daim yanınızdayıq. Qoy hər kəs bilsin ki, biz Azərbaycan xalqı birik, Sizinlə daim irəliləyirik.
 
Dildə Allah, əldə Quran, bütöv olsun Azərbaycan. Amin.
 
Hörmətlə,
Ayişə Səftərova
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər