Şriftin ölçüsü :

Saytın rəngi :

Hürnisə Yusibovadan, Bakı şəhəri Binəqədi rayonu, 11 oktyabr 2020-ci il

 
Hörmətli cənab Prezidentimiz
 
Biz müharibədə nələr edə biləcəyimizi bütün dünyaya göstərdik. Biz indi qürurluyuq. Bu hissləri yaşadığımıza görə Sizə təşəkkür edirik.
 
Mən müəlliməm. 4-cü sinifdə oxuyan şagirdlərim də cəbhədə baş verənləri izləyir, başa düşmədiklərini məndən soruşur, vətənpərvər böyüyürlər.
 
Həm özümün, həm şagirdlərimin, həm də onların valideynlərinin adından Sizə minnətdarlıq edir, daim Sizin yanınızda olduğumuzu bildiririk.
 
Hörmətlə,
 
Yusibova Hürnisə İbrahimxəlil qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər