Esmira Cəbiyevadan, Bakı şəhəri Binəqədi rayonu, 13 oktyabr 2020-ci il
Hörmətli cənab Prezident
İlk öncə onu bildirim ki, cəsur və qətiyyətli çıxışlarınızla son günlər bütün Azərbaycan xalqının, bütövlükdə türk millətinin qəlbində taxt qurmusunuz. Biz Sizinlə fəxr edirik.
Mən, Cəbiyeva Esmira İslam qızı “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisasını yeni bitirmişəm və ehtiyac olduğu zaman ön və yaxud arxa cəbhədə Vətənimə xidmət etməyə hazıram. Cəbhədə baş verən bu döyüş günlərində Sizə, Ordumuza və xalqımıza qələbə, zəfər arzu edirəm.
Cənab Prezident, Qələbəyə doğru gedən yolda Sizin yanınızdayıq. Bunları yazaraq Sizə dərin hörmət və dəstəyimi bildirir, hər an əmrinizdə olduğumu bir daha ifadə etmək istəyirəm. Yolumuz haqq yoludur.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Esmira Cəbiyeva
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi