Nuray Yarışovadan, Bakı şəhəri Binəqədi rayonu, 13 oktyabr 2020-ci il
Əziz Prezidentimiz,
Sizə bu məktubu yazan Zəngilan haqqında yalnız danışıqlardan eşidən 12 yaşlı Nuray Yarışovadır.
Məcburi köçkünlərin 30 illik el-oba həsrətinə son qoymağınız hamı kimi məni də çox sevindirir və qürurlandırır.
Xalqın qəhrəman oğlu, döyüşlərdə qazandığınız uğurlara və qələbələrə görə Sizə dərin minnətdarlığımızı bildiririk və tezliklə Sizin rəhbərliyiniz altında işğal olunmuş bütün torpaqlarımızın hamısının azad ediləcəyinə inanırıq.
Zəngilanda görüşmək ümidi ilə.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Yarışova Nuray,
182 saylı tam orta məktəbin şagirdi
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu