Şriftin ölçüsü :

Saytın rəngi :

Cavid Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 13 oktyabr 2020-ci il

 
Möhtərəm cənab Prezident
 
Siz başda olmaqla, şanlı Ordumuzun qazandığı qələbələrə görə sevinir və təşəkkür edirik. Sizə tutduğunuz bu haqq yolunda daha böyük uğurlar diləyirik. Biz bu günləri 28 ildir ki gözləyirdik.
 
İnanırıq ki, İnşallah, Azərbaycanın üçrəngli bayrağı Xocalıda da dalğalanacaqdır. Bütün Xocalı sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Hamımız, bütün xalq Sizin yanınızdadır. Sizə inanır və güvənirik.
 
Allah Sizə yar olsun!
 
Hörmətlə,
 
Cavid Əliyev
 
Xocalı rayonundan məcburi köçkün
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər