Şriftin ölçüsü :

Saytın rəngi :

Mikayıl Cəfərovdan, Bakı şəhəri Binəqədi rayonu, 13 oktyabr 2020-ci il

 
Hörmətli cənab Prezident
 
Sizə dərindən təşəkkür edirəm. Çünki, Sizin güclü və uğurlu siyasətinizin nəticəsi olaraq, hazırda işğal altında olan torpaqlarımız uğurla azad edilir. İnanıram ki, tezliklə qələbə bizimlə olacaq. Mən bir azərbaycanlı olaraq, hər zaman Sizin yanınızdayam.
 
Hörmətli cənab Prezident, hər bir azərbaycanlının borcudur ki, öz ölkəsinə, Vətəninə xidmət etsin, onun mənafeyini hər zaman hər şeydən üstün tutsun. Mən hazırda məhkumluq həyatı yaşasam da, istənilən an Vətənimin müdafiəsinə qalxmağa, torpaqlarımız uğrunda vuruşmağa hazıram. Tanrı Azərbaycana Qarabağ qələbəsi nəsib etsin.
 
Hörmətlə,
 
Cəfərov Mikayıl Siyavuş oğlu
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər