Şriftin ölçüsü :

Saytın rəngi :

Rəhman Abdullayevdən, Bakı şəhəri Binəqədi rayonu, 13 oktyabr 2020-ci il

 
Möhtərəm cənab Prezident
 
Mən Abdullayev Rəhman İsmayıl oğlu 2-ci qrup Qarabağ müharibəsi əliliyəm, Keçmiş Ağdərə rayonunun Sırxavənd kəndindən məcburi köçkünəm. Ötən illər ərzində dövlətimizin böyük qayğısını görmüşəm.
 
Sizi və əsgərlərimizi təbrik edirəm. Sizə şəxsən öz adımdan və ailəm adından çox-çox təşəkkür edirəm. Ömrünüz uzun, canınız hər zaman sağlam olsun.
 
Bizə bu günləri bəxş etdiyiniz üçün, torpaqlarımızı işğaldan azad etdiyiniz üçün Siz qəlblərdə əbədi yaşayacaq Prezidentimizsiniz. Siz bizim qüdrətli Ali Baş Komandanımızsınız.
 
Hörmətlə,
 
Abdullayev Rəhman İsmayıl oğlu,
 
2-ci qrup Qarabağ müharibəsi əlili, məcburi köçkün
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi
Keçidlər