Şriftin ölçüsü :

Saytın rəngi :

Haqverdi Ağakişiyevdən, Bakı şəhəri Binəqədi rayonu, 14 oktyabr 2020-ci il

 
Cənab Ali Baş Komandan
 
Ailəmizlə birlikdə Sizi bu qələbələr münasibəti ilə təbrik edirik.
 
Biz Cəbrayıl rayonunun Balyand kəndindənik. Sizin sayənizdə axır ki, arzularımız reallaşdı. Hazırda ömrümüzün ən xoş günlərini yaşayırıq. Sevincimizin həddi-hüdudu yoxdur. Buna görə də Sizə çox-çox minnətdarıq. Ürəyimizdən keçən bu kiçik misraları Sizə ünvanlayırıq:
 
Siz haqq yolu ilə getdiniz,
 
Yaxşı ki, savaş etdiniz,
 
Xalqımızı bir etdiniz.
 
Düşməni tam bitirdiniz,
 
Qələbəni gətirdiniz,
 
Ulu Öndərin ruhunu şad etdiniz!
 
Növbəti ən böyük arzumuz Sizi doğma kəndimizdə qarşılamaqdır. Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Haqverdi Ağakişiyev
 
Qarabağ müharibəsi veteranı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi
Keçidlər