Şriftin ölçüsü :

Saytın rəngi :

Səbuhi Bağırovdan, Bakı şəhəri Binəqədi rayonu, 14 oktyabr 2020-ci il

 
Hörməli cənab Prezident,
 
Sizi və bütün xalqımızı cəbhə bölgəsində şanlı Ordumuz tərəfindən qazanılan uğurlara görə təbrik edirəm və bu uğurların davamlı olmasını arzulayıram.
 
Mənim qardaşım da cəbhədədir, hazırda bütün düşüncələrim cəbhə ilə bağlıdır. Tanrı Ordumuzu qorusun!
 
İnanırıq ki, Sizin rəhbərliyiniz altında və güclü Ordumuz sayəsində işğal olunmuş bütün torpaqlarımız azad ediləcək və üçrəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində əzəmətlə dalğalanacaq.
 
Hörmətlə,
 
Bağırov Səbuhi Feyzulla oğlu
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər