Həqiqət Məmmədovadan, Bakı şəhəri Binəqədi rayonu, 14 oktyabr 2020-ci il
Hörmətli Prezident, cənab Ali Baş Komandan
Sizin yorulmadan apardığınız uğurlu siyasət və şanlı Ordumuzun Qarabağda erməni faşistlərə qarşı apardığı müzəffər yürüş nəticəsində qazanılan qələbələr bizi sevindirir. İnanırıq ki, düşmən tezliklə məğlub olacaq və biz məcburi köçkünlər öz ata-baba yurdlarımıza qayıdacağıq.
Bu müqəddəs mübarizədə Sizə və qəhrəman əsgərlərimizə cansağlığı, uğurlar arzulayırıq.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Həqiqət Məmmədova
Məcburi köçkün, Qubadlı rayon Muradxanlı kənd tam orta məktəbinin direktoru
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu