Şriftin ölçüsü :

Saytın rəngi :

Səlcuq Müzəffərlidən, Bakı şəhəri Binəqədi rayonu, 14 oktyabr 2020-ci il

 
Hörmətli cənab Prezident
 
Cəbhə xəttində yaşanan gərginlik fonunda hər bir Azərbaycan vətəndaşında yüksək vətənpərvərlik hissi müşahidə olundu. Biz Ordumuzun gücünə inanırıq və ona da inanırıq ki, Sizin rəhbərliyiniz altında bütün işğal altında olan torpaqlarımız düşmən tapdağı altından azad olunacaq. Bu gün Sizin əmrinizi gözləyən minlərlə gənclər var ki, bunlardan Yeni Azərbaycan Partiyası Gəncləri də hər an cəbhə bölgəsində əlində silah, dilində "Yaşasın Azərbaycan!" şüarı ilə vuruşmağa canı-könüldən hazırdır. Biz Sizin gücünüzə inanırıq və bu çətin zamanda Sizin yanınızda yumruq kimi birləşmək hər bir Azərbaycan gəncinin ümdə borcudur.
 
Hörmətlə,
 
Səlcuq Müzəffərli
 
Azərbaycan Respublikası, Bakı şəhər, Binəqədi rayonu
Keçidlər